Astana sammitində yeni təkliflər

03/11/23 2:33



Türk Dövlətləri Təşkilatının 10-cu sammitində bir sıra təkliflər irəli sürülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üzv ölkələrə vahid əlifbanın tətbiqini təklif edib.

O, TDT-nin bu təklifə diqqətlə yanaşacağını ümid etdiyini bildirib.

Qırğızıstan prezidenti Sadır Japarov TDT rəqəmsal biznes forumunun keçirilməsini təklif edib. O, həmçinin Türk İnvestisiya Forumunun yaradılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, sammit “Türk Əsri” çağırışı adı altında keçirilir.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir