Fransanın Coordination des Associations et des Particuliers pour la Liberté de Conscience (CAP Vicdan Azadlığı – CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağ ermənilərinə qarşı etnik təmizləmənin aparılmadığını təsdiqləyib.
Dinc sakinlər arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir.
Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani Qarabağda yaşayan ermənilərə qarşı heç bir insident və ya kobud rəftar hallarının qeydə alınmadığını vurğulayıb.
Beləliklə, obyektiv təhlil nə məcburi köçmənin mövcudluğunu, nə də “qayıtmanın qarşısının alınmasını” təsdiqləyir və bununla da “etnik təmizləmə” iddialarını təkzib edir.
Eyni zamanda, bölgəyə iki dəfə səfər edən BMT missiyası heç bir mülki infrastrukturun məhv edilmədiyini bildirib. Belə ki, əməliyyatın məqsədi sırf qeyri-qanuni silahlı qüvvələrin hərbi infrastrukturu olub.
Ömər Məmmədli