BLİNKENin ƏMMANDA GÖRÜŞÜ

05/11/23 8:03

Ərəb liderləri Əmmanda ABŞ dövlət katibi Blinkenlə görüşdə ona, “İsraili “Qəzza zolağında atəşi dərhal dayandırmağa” inandırmağa çağırıblar. Lakin, amerikalı diplomat həmkarlarının təkidini rədd edərək bildirib ki, bu, HƏMAS yaraqlılarına yenidən qruplaşmaq və yenidən İsrailə hücum etmək imkanı verəcək (Reuters).

Noyabrın 4-də baş tutan görüşdə İordaniya, Misir, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iştirak ediblər.

Bu gün isə Blinkenin Ramallaha səfəri gözlənilir.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir