AB Türkiyə ilə sıx əməkdaşlığa hazırdır – Borrell

24/09/21 11:31

Avropa diplomatiyasının rəhbəri Ankara ilə Brüssel arasındakı dialoqun sıx əməkdaşlıq və koordinasiya üzərində qurulduğunu vurğuladı

Ankara ilə sıx əməkdaşlıq və koordinasiya Avropa Birliyi ilə Türkiyə arasındakı əlaqələrin onurğasını təşkil edir.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell bu barədə Nyu -Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Twitter səhifəsində yazıb.

AB diplomatiyasının rəhbəri: “Çavuşoğlu ilə  BMT Baş Assambleyasından kənarda görüşmək çox xoş idi” dedi.

Avropalı siyasətçi türkiyəli nazirlə Ankara ilə Brüssel arasındakı əlaqələrin vəziyyəti və perspektivlərini, Kipr problemini, Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyəti müzakirə etdiyini söylədi.

Borrell: “Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya vacibdir” dedi.

Transqafqaz.com