ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı hücum qrupu Hörmüz boğazından keçərək 2020-ci ildən bəri ilk dəfə Fars körfəzinin sularına daxil olub.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
USS Dwight D. Eisenhower (CVN-69) təyyarədaşıyıcısının rəhbərlik etdiyi ikinci Amerika daşıyıcı qrupu “naviqasiyanın təhlükəsizliyini təmin etmək” üçün Fars körfəzinin sularında olacaq.
Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan qrupu, Dəniz Ekspedisiya Qüvvələrinə malik amfibiya hücum gəmisi və strateji nüvə sualtı qayığı var. Vaşinqton bəyan edir ki, onlar münaqişəyə qarışmaq niyyətində deyillər və toplanmış qüvvələrin vəzifəsi “üçüncü ölkələrin” münaqişəyə müdaxiləsinin qarşısını almaqdır.
Məmmədli Ömər