ABŞ-dan Ərəb ölkələrinə 40 milyard dollarlıq silah satışı

03/01/17 9:52

ABŞ Dövlət Departamentinin Ərəb ölkələrinə son iki ayda 40,8 milyard dollarlıq silah satışını təsdiq etdiyi bildirib.

ABŞ Müdafiə və Təhlükəsizlik Agentliyinin məlumatlarına görə, Qətər 21 milyard 881 milyon dollarla noyabr və dekabr aylarında ABŞ-dan ən çox silah satın alan ölkə olub. Qətərin 17 noyabrda 21 milyard 100 milyon dollar dəyərində 72 çoxfunksiyalı Boeing F-15 qa tipi döyüş təyyarəni rsat paketi ilə satın aldığı öyrənilib.

QƏTƏRİ 11 MİLYARD 837 MİLYON DOLLARLA KÜVEYTİ TƏQİB ETDİ

Noyabr ayında 10 milyard 100 milyon dollar dəyərində “Boeing F/a-18 Super Hornet” tipli 28 təyyarə qəbul tələbindən sonra Küveytin dekabr ayında da 1,7 milyard dollar dəyərində 218 M1a2 Abrams tankını əlaqəli avadanlıqla satın alma istəyini ABŞ Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilib. Küveytin bundan başqa, dekabr ayında 37 milyon dollar dəyərində birləşmiş birbaşa sursat quyruq komandası adı verilən “kor bombalara” nəzarət edən cihazlardan 1250 ədəd satın aldığı qeyd olunub.

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ BƏƏ VERTOLYOTA PUL XƏRCLƏDİ

Agentliyin göstəricilərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təxminən 3 milyard 500 milyon dollar dəyərlərdə nəqliyyat və hücum vertolyotu satın aldığı bildirilir.

Q.Muxtarlı

Transqafqaz.com