ABŞ, Prezident seçkilərində kiber hücum təşkil etmə iddiaları səbəbindən 35 Rusiya diplomatının ölkəsini tərk etməsi barədə qərar verib.
Diplomatlar, Vaşinqton və San-fransiskoda səlahiyyətli olub,xidməti vəzifələrini icra edən 35 nəfərə şamil edilib. Onların ABŞ-ı tərk etmələri üçün 72 saat vaxt verilib.
Bu qərarın, ABŞ-da keçirilən prezident seçkilərinə qarşı Rusiya tərəfindən təşkil edildiyi iddia edilən kiber hücumla əlaqədar olduğu bildirilib.
Bununla yanaşı ABŞ, ölkədəki iki Rusiya diplomatik nümayəndəliyinin də bağlanıldığını bildirib.
Transqafqaz.com
Mirvari Rza