🇺🇸🇦🇿🇦🇲 ABŞ Azərbaycan və Ermənistan arasında dialoqda üçüncü ölkələrin iştirakının əleyhinədir
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, “Azərbaycan və Ermənistanın regionun xeyrinə olan məsələləri birbaşa müzakirə edib həll etməsi vacibdir”.
“Biz inanırıq ki, hər iki ölkənin davamlı razılaşma əldə etmək üçün birbaşa danışıqlar aparması vacibdir. Biz əvvəlki kimi bu danışıqları asanlaşdırmağa hazırıq və digər ölkələrin belə səylərini alqışlayırıq”.