ABŞ Dövlət katibinin köməkçisi Şerman Türkiyədə danışıqlar aparacaq

04/03/22 9:06

VAŞİNQTON/ 04/03/2022

Tərəflər Ukraynaya dəstək üçün birgə hərəkətlərin detallarını müzakirə edəcəklər

ABŞ dövlət katibinin köməkçisi Vendi Şerman martın 4-dən 11-dək Türkiyə, İspaniya, Mərakeş, Əlcəzair və Misirə səfər edəcək.

Açıqlamada deyilir: Dövlət katibinin köməkçisinin 4-5 mart 2022-ci il tarixlərində Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Ünal, Türkiyə hökumətinin İstanbul və Ankaradakı nümayəndələri ilə görüşü planlaşdırılır. Görüşlərdə Putinin Ukraynaya qarşı əsassız təcavüzü, ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlər, Ukraynaya dəstək üçün birgə tədbirlərin təfərrüatları müzakirə olunacaq.

ABŞ Xarici İşlər Nazirliyi xəbər verir ki, Şerman İstanbul və Ankaradan sonra Madrid, Rabat, Kasablanka, Əlcəzair və Qahirəyə gedəcək.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir