ABŞ hərbi kontingentinin Suriyanı tərk etməsi ehtimalı terrorçu dəstəbaşını rahatsız edir.

10/02/24 8:15

🇸🇾 SDF ( Suriya Demokratik Qüvvələri) komandiri İŞİD-in yenidən dirçələcəyi ilə bağlı xəbərdarlıq edib

Suriya Demokratik Qüvvələrinin (SDF) komandiri Mazlum Abdi deyib: “Biz görürük ki, İŞİD İranın dəstəklədiyi qrupların bölgədəki ABŞ bazalarına hücumlarından faydalanır və onun fəaliyyətində artım müşahidə olunur”.  O əlavə edib ki, Amerika qoşunları Suriyanı tərk edərsə, “xaos yaranacaq” və çoxları bu məqamdan istifadə etmək istəyəcək (CBS News).

SDF 2015-ci ildə Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan hərbi ittifaqdır.  Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı PKK-YPG-nin Suriya qanadı təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir