ABŞ, ilk dəfə bir Suriya döyüş təyyarəsini vurdu! Rusyadan ABŞ-a açıq təhdid… Bizdə Vuracağıq

19/06/17 2:11

Vaşinqton, terror təşkilatı YPG-ni hədəf alan Dəməşq rejimi təyyarəsini vurdu. Hücum ərəfəsində Rusiya ilə əlaqəyə keçən ABŞ, təyyarədən açılan atəşin kəsilməsini istəyib. Əvəzində Moskvadan çox sərt bir açıqlama gəlib. Xarici işlər Nazirinin Müavini Ryabkov, bir daha Suriya qüvvələrini vurmaması üçün ABŞ-ı xəbərdar edərək Moskvanın cavab tədbirləri görəcəyini bildirdi.

ABŞ rəhbərliyindəki koalisiya qüvvələri, terror təşkilatı İŞİDİN Suriyadakı qalası Rakka yaxınlığında Dəməşq rejiminə aid bir döyüş təyyarəsini vurub. ABŞ-ın Suriyada saldığı ilk təyyarə modeli SU-22 təyyarəsidir.

Könül Hacıyeva