ABŞ-ın əvvəlki paketlərindən Ukraynaya hərbi yardım artıq cəbhəyə çatıb- Blinken
ABŞ dövlət katibinin sözlərinə görə, bu, əlavə milli təhlükəsizlik qanununun imzalanmasından sonra prezidentin səlahiyyət verdiyi beşinci yardım paketidir.
“Əvvəlki paketlərdən gələn yardımlar artıq cəbhə bölgələrinə çatıb və biz bu yeni yardımı mümkün qədər tez çatdıracağıq ki, Ukrayna hərbçiləri ondan öz ərazisini müdafiə etmək və Ukrayna xalqını qorumaq üçün istifadə edə bilsinlər”, – Blinken deyib.