ABŞ-ın ATƏT-dəki missiyası İqar Məmmədovu azad etməyə çağırır

26/11/16 10:01

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanın Ali Məhkəməsi tərəfindən REAL hərəkatının sədri İlqar Məmmədovun appelyasiyasına verilən imtina qərarına dair narahatlıq bildirənlərə qoşulur. Bu batrədə ABŞ-ın Azərbaycandakısəfirliyifacebook səhifəsində məlumat yayıb.

“ABŞ-ın ATƏT-dəki missiyası həmçinin Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqqları Məhkəməsinin verdiyi qərara riayaət etməyə çağırır”, missiyanın bəyanatında deyilir.

Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.

Yazı azadlıq.info saytından götürülüb