ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın təcavüzünə qarşı 4,3 milyard dolların ayrılmasını dəstəkləyib.
Palatanın bu gün qəbul etdiyi qərar müdafiə üzrə qanun layihəsinə daxil edilib.
Adıçəkilən təşəbbüslə fevral ayında prezident Obama çıxış edib. Xərclər siyasi, iqtisadi, ictimai diplomatiyaya və hərbi dəstəyə, o cümlədən NATO-ya üzv ölkələr, eləcə də Avropa, Avrasiya və Mərkəzi Asiyada ABŞ-a tərəfdaş ölkələrə qarşı Rusiyanın mümkün təcavüzünün qarşısını almağa yönəlib.Qanun layihəsi Konqresin hər iki Palatasında razılaşdırıldıqdan sonra imzalanmaq üçün prezident Obamaya göndəriləcək.
(APA)