ABŞ Konqresi üzvü Gabbard Suriyada Bəşər Əsəd ilə görüşüb

26/01/17 9:43

ABŞ Nümayəndələr Palatasının və ABŞ Konqresinin üzvü Tulsi Gabbard Suriyada Bəşər Əsəd ilə görüşüb.

ABŞ Konqresində Havayi təmsil edən Demokrat Partiyalı Gabbard, sözçüsü vasitəsilə verdiyi açıqlamada, Əsədi dialoqa daxil etmədən bir sülh müqaviləsinin mümkün olmadığı iddiasında oldu.

Gabbard, səfəri ərəfəsində Əsədlə görüşmək kimi bir niyyəti olmadığını ancaq fürsət ortaya çıxanda fikrini dəyişdirdiyini bildirərək, “Suriya xalqına bu qədər iztirab verən müharibəni sona çatdırmağa kömək olacaqsa onda hamı ilə görüşməyə açıq olmalıyıq”. fikrini söyləyib.

Səfərin detalllarına dair edilən açıqlamada, Gabbardın Suriyada Hələbdə və paytaxt Dəməşqdə, həmçinin qonşu Livanın paytaxtı Beyrutda danışıqlar apardığı, qaçqınlarla, Suriya müxalifətinin liderlərilə, rejim tərəfdarı və əleyhdarı ilə müharibə aparan Suriyalıların ailələri və itki yaxınları bir araya gəldiyi qeyd edilib.
ABŞ-ın İraq, Liviya və Suriyada apardığı “rejim dəyişikliyi müharibələrinin” böyük acılara və can itkisinə yol açdığını vurğulayan Gabbard, bu döyüşlərin Əl-qaidə və İŞİD kimi radikal təşkilatların də güc qazanmasına səbəb olduğunu vurğulayıb.

Gabbard, “Rejim dəyişikliyi üçün apardığımız bu müharibə nə Amerikanın maraqlarına xidmət edir, nə də Suriya xalqının”. deyə bildirib.

Səfərinin Nümayəndələr Palatasının Etika Komitəsinin razılığıilə baş verdiyini qeyd edən Gabbard, səfər xərclərinin vergi ödəyicilərinin cibindən çıxmadığını söyləyib.

Transqafqaz.com

Mirvari Rza