ABŞ müdafiə naziri. Rusiya Ukrayna,Gürcüstan və Suriyada,kiber aləmdə təcavüzkar rəftara malikdir…

12/01/17 10:51

ABŞ Müdafiə Naziri Eşton Karter, “Bu Gün təəssüf ki Rusiyanın təcavüzü və təxribatı səhv ehtiraslardan və xətalı bir nifrətdən qaynaqlanır” dedi.

Karter, Vaşinqtonda yerləşən Beynəlxalq Strateji Etüdlər Mərkəzinin bu il ilk olaraq verdiyi Sam Nunn Milli Təhlükəsizlik Liderliyi Mükafatını aldığı mərasimdə iştirakçılara müraciətində deyib.

Terror təşkilatı DEAŞ ilə mübarizə, ABŞ-ın Asiya Sakit Okean bölgəsində Çinə qarşı tarazlıq siyasəti və Amerika müdafiə sənayesinin texnoloji proseslərə uyğunlaşması kimi mövzulara toxunan Karter, Rusiyanın Ukrayna, Gürcüstan və Suriya kimi ölkələrdə və kiber aləmdə təcavüzkar bir rəftar almasını özü kimi soyuq müharibə görmüş və o vaxt Sovetlər Birliyi ilə çalışmış siyasətçi və bürokratlar üçün “böyük bir dəyişiklik” kimi qiymətləndirib.
Bunlar, dünyanın 21inci əsrdə bir dövlətdən gözlədiyi davranışlar deyil.

Rusiyanı düşmən kimi görmürük ancaq müttəfiqlərimizi, beynəlxalq düzəni və hamımıza buraxacağı müsbət gələcəyi qoruyuruq. Bu kollektiv təhlükəsizliyin altını oyma cəhdlərinə qarşı dayanacağıq”.

Transqafqaz.com

Pərvanə Turançı