ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı (Syrian Democratic Forces, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi texnika tədarük etməyə başlayıb.
APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.
Bundan əvvəl “Röytrers” Vaşinqtonun Rəqqanın azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başladığını bildirib.
“Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb… İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı.
Könül Hacıyeva