ABŞ Rusiya silahlarının Azərbaycanın döyüş pilotsuz uçan aparatlarına niyə müqavimət göstərə bilmədiyini açıqlayıb

31/10/21 10:06

Ermənistanın Qarabağda istifadə etdiyi Rusiya hava hücumundan müdafiə sistemləri köhnəlmiş və etibarsız olub. Transqafqaz.com xəbər verir ki, bu barədə Amerikanın Popular Mechanics jurnalı yazır.

Nəşr qeyd edir ki, Rusiya silahları Azərbaycan ordusunun sərəncamında olan Türkiyə (Bayraktar TB2) və İsrailin (Harop) pilotsuz təyyarələrinə müqavimət göstərə bilməyib.

“Popular Mechanics” yazır ki, ikinci Qarabağ müharibəsi zamanı Rusiyanın hava hücumundan müdafiə vasitələri Azərbaycanın ölümcül döyüş pilotsuz təyyarələrini aşkar etməkdə etibarsız olduğunu sübut etdi.

Jurnal qeyd edir ki, pilotsuz texnologiyadan istifadə müasir müharibədə inqilab vəd edir. “ABŞ və ya NATO nə vaxtsa Rusiya, Çin və ya İranla müharibəyə cəlb olunarsa, onlar da oxşar imkanlarla qarşılaşacaqlar”, – jurnal yekunlaşdırır.

Transqafqaz.com