ABŞ səfiri Bakıya gəldi

02/12/23 11:06

 ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib

ABŞ-ın Bakıdakı səfirliyinin bəyanatında deyilir: “Biz ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülhə nail olmaq üçün çalışmağı səbirsizliklə gözləyirik”.

Libbi ABŞ Xarici Xidmətinin karyera diplomatıdır. O, Bakıya səfir təyin olunmazdan əvvəl Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin müəllim heyətinin məsləhətçisi olub. O, Dövlət Departamentində, həmçinin ABŞ-ın Brüssel, Varşava, Nikosiya (Kipr) və Bağdaddakı nümayəndəliklərində Mərkəzi və Cənubi Avropa məsələləri üzrə müxtəlif vəzifələrdə çalışıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir