ABŞ SURİYADA MÖHKƏMLƏNİR

19/08/23 2:28

ABŞ Suriyanın Deyr əz-Zor bölgəsində hərbi mövcudluğunu gücləndirir.

ABŞ ordusu Suriyanın kürdlərin nəzarətində olan Deyr əz-Zor əyalətinin şərqindəki bazalara 50-yə yaxın maşından ibarət əlavə qüvvələr karvanı göndərib. Konvoy bazar ertəsi İraq və Suriya sərhədindəki əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Əl-Həsəkəyə daxil olub. Təxminən 50 maşından ibarət karvan ABŞ-ın Koniko qaz yatağı və Əl Ömər neft yatağındakı hərbi bazalarına çatıb. Karvanı Amerikanın “Bradley” döyüş maşınları və digər maşınlar müşayiət edib. Kolona zirehli texnika, yanacaqdaşıyan və döyüş sursatları olan maşınlar daxil olub.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir