Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladinobildirib ki, ABŞ uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.
“Report” xəbər verir ki, onun sözlərinə görə, söhbət Sintszyan Uyğur muxtar rayonunda müsəlmanların hüquqlarının pozulmasından gedir.
Palladino əlavə edib ki, Birləşmiş Ştatlar bu qanun pozuntularına cavab olaraq sanksiyaların tətbiqini nəzərdə tutur.
Transqafqaz.com