AFFA-dan Ricard Almeydaya ağır cəza

30/11/16 4:26
Qol.az-ın məlumatına görə, İK Topaz Premyer Liqasının XIII turunun dünən keçirilən “Qarabağ” – “Qəbələ” matçında baş verənlərlə bağlı qərarlar qəbul edib.
“Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
“Qarabağ” klubunun 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.