Azərbaycan prezidenti İlham Əliyev bu gün bir qrup şəxsin əfv edilməsi haqda sərəncam imzalayıb.
Sənədin preambulasında qeyd olunur ki, dövlət başçısı koronavirus infeksiyasının yayılması ilə əlaqədar və xüsusi qayğıya ehtiyacı olan 65 yaşdan yuxarı məhkum edilmişlərin və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, həmçinin humanizm prinsiplərinə əsaslanaraq bu addımı atıb.
Ümumilikdə 176 nəfər əfv edilib və cəza müddətinin qalan hissəsini çəkməkdən azad edilib.
Onların arasında keçmiş MTN generallarından biri, 2015-ci ildə həbs olunaraq kriminal cinayətlər ittihamı ilə 12 il azadlıqdan məhrum edilmiş Akif Çovdarov da var. Həmçinin digər keçmiş MTN generalı, 14 il həbs cəzasına məhkum edilmiş Subahir Qurbanov əfv edilib.
Əfv olunanlar arasında yalnız iki siyasi məhbus var. Əsasən İslam Partiyasının liderlərindən biri, 2011-ci ildə 11 il həbs cəzası almış Fəramiz Abbasov əfv edilib.
Əfv olunan siyasi məhbus Nardaran hadisələrinə görə məhkum olunmuş islamçı Eldar Binyadovdur.
Hüquq müdafiəçilərinin müxtəlif siyahılarına görə, hazırda Azərbaycanda 110-dan 140-dək siyasi məhbus həbsxanalarda saxlanılır.
transqafqaz.com
Toğrul Lətifzadə