Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb. Görüş zamanı bir sıra məsələlər, o cümlədən nəqliyyat yollarının açılması mövzusu müzakirə edilib.
Nikol Paşinyan: “Naxçıvana gedən yolda mütləq gömrük və sərhəd nəzarət mətəqələri quracağıq”.
Paşinyan üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək, nəhayət, konkret qərar qəbul ediləcəyinə ümid etdiyin deyib. “Bəzi mətləblərə toxunum. Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarında yer almış bütün nəqliyyat və iqtisadi açılımlarala bağlı müddəalara sadiqdir. Xüsusi olaraq eyd edim ki, Azərbaycan tərəfinin dəhliz kəlməsindən istifadə etməsi bizim işimizin effektivliyinə xələl gətirir. Üçtərəfli razılaşmaların heç birində dəhlizlə bağlı bir kəlmə də olsun söz yoxdur. Məndə belə bir qənaət formalaşıb ki, Azərbaycan komissiyanın iclaşlarında öz baxışlarını qabartmağa çalışır. Bu bizim üçün qəbuledilməzdir. Bir daha bəyan edirəm ki, Ermənistan regionda nəqliyyat və iqtisadi açılımlara tərəfdardır. Mən birmnənalı olaraq bəyan etmişəm ki, biz konkret razılaşmaya hazırıq. Bu razılaşma da ondan ibarətdir ki, Ermənistan mütləq Azərbaycan ərazisindən avtomobil və dəmir yolundan sərbəst istifadə etməlidir. Azərbaycan da öz növbəsində Ermənistan ərazisindəki yollardan sərbəst istifadə etməlidir. O cümlədən,Naxçıvanla əlaqələrin qurulmasını təmin edəcək avtomobil yolundan. Biz bu razılaşmçaya hazırıq”.
Paşinyan çıxışında “amma”ları da səsləndirib. O deyib ki, Naxçıvana gedən avtomobil yolunda Ermənistan tərəfi gömrük-keçid, fitosanitar və sərhəd, habelə digər nəzarət məntəqələri quracaq. “Bu istər 10 noyabr, istərsə də 11 yanvar razılaşmasında qeyd olunub. Mən ümid edirəm ki, tez bir zamanda bu istiqamətdə razılaşma əldə olunacaq”.
Aleksey Overçuk öz növbəsində vurğulayıb ki, indiyə qədər İşçi Qrupu 8 dəfə görüşüb. Onun 4-ü üzbəüz, 4-ü isə videoformat şəklində baş tutub. “Son 22 oktaybr görüşündən sonra mənə elə gəlir ki, biz konkret razılaşma əldə edəcəyik. Həmin görüşdə qərara alınıb ki, yollar üzərindəki suverenlik hüququ hər bir dövlətin öz ixtiyarında olacaq. Bayaq qeyd etdiyiniz kimi, yollarda bütün nəzarət məntəqələri də olacaq. Biz razılaşmışıq ki, bu nəzarətlər mütləq paritet əsasda olsun. İlk olaraq isə avtomobil yollarının açılmasından başlamaq fikrindəyik”.
Transqafqaz.com