Allahverdi Culfayevin şərəfli və şəffaf həyat yoluna milli bir ehtiram borcumuz var…

30/07/23 1:34

Azvision.az saytına!

Hörmətli Redaksiya!

26.07.2023-cü il tarixli sayınızda “Ermənilərlə qohumluq edir, məhkəmələrə tapşırıq verir..” Yeznəsindən baş məşqiçiyə ittiham başlıqı böhtan dolu bir yazı, dərc olunubdur.

Azərbaycan kütləvi informasi vasitələri içərisində dəqiqliyi, operativliyi, ciddi təhlil yükü ilə tanınan bir saytda bu cür şər-böhtan dolu bir yazını dərc olunmasına təssüf edirəm. Allahverdi Culfayev kimi bir insana, hər iki gözü görməyən, məhdud imkanları ilə bu vətəni dünyaca məhşur edən, 1 idmançı ilə 4 Olimpiya qızıl medalını ölkəmizə gətirməklə, Azərbaycanımızı dünya sıralamasında ilk 10 – a salan, bütün şüurlu ömrünü bu millətə, bu dövlətə həsr edən belə bir işıqlı  Azərbaycan övladına necə qıydınız?

Mən Allaverdi Culfayevi 20 ilə yaxındı tanıyıram, onunla iş yoldaşıyam. Keçmiş yeznəsi Fərqan Əlişovun onun bacısı barədə yazdıqları tamamilə əsassız və böhtandır. Bəli Allaverdi Culfayevin həyat yoldaşı İnna Gerasimovna Rusdur. Amma Allahverdi Culfayevin şəxsi keyfiyyətləri, özünün və əhatəsinin millətimiz və dinimiz haqqında yaratdığı təsürat həyat yoldaşının İslam dinini qəbul etməsinə səbəb olmuşdur, İnna Gerasimovna müsəlmandır. Keçmiş yeznəsi doğrudan da təmiz duyğusal bir adamdısa, keçmiş qaynanasına böhtan atanda niyə bu faktın üstündən sakitcə keçə bilmişdir?. Deyək ki, Allahverdi Culfayevi şər-böhtanla boşanmalarında günahkar tərəf kimi göstərdin, bəs keçmiş qaynanasının boşanmada ki bir rolu yoxdur, ona niyə böhtan atırsan? Həyat yoldaşının İnna Gerasimovna bizim dildə danışmaması elə də böyük qəbahət deyil, baxmayaraq ki təmasda olduğu insanlarla Azərbaycan türkcəsində danışır. Amma yalan danışmaq, şər-böhtan atmaq ağılın yoxluğunun əlamətləridir. İdman sahəsində uğurlarına görə Rusiya Səfirliyinin bir əməkdaşı ilə tanış olmaq nə vaxtdan qəbahət hesab olunur.?

Hörmətli Redaksiya!

Sizə müraciət etəkdə məqsədimiz Allahverdi Culfayev barədə əsası olmayan böhtana-şərə, haqsizlıqlara aydınlıq gətirmək idi. Sizin saytını Allahverdi Culfayevin uğurları barədə dəfələrlə rəsmi məlumatları çap etmişdir. Biz Alllahverdi Culfayev haqqında  yazılan şər-böhtan dolu bu yazının redaksiyanıza necə ayaq açdığından xəbərdarıq. Əsası olmayan belə bir yazının Allahverdi Culfayev kimi bir insanın şərəfli və şəffaf həyat yoluna ləkə salmağını qəbul etmirik və redaksiyadan təkzib verilməsini xahiş edirik.

Öncədən təşəkkür edirəm!

30.07.2023-cü il

Muxtarlı Q

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir