Almaniya Krımdakı seçkiləri tanımadı

22/09/21 5:36

Almaniya hökuməti Krımda keçirilən Dövlət Dumasına seçkilərin nəticələrini tanımır. TASS xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Ulrike Demmer keçirdiyi brifinqdə deyib.

Demmer hesab edir ki, Krımın Rusiyaya birləşdirilməsi “Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir”. Demmer onu da vurğuladı ki, Rusiya pasportlu DNR və LNR sakinləri tərəfindən Dumaya seçkilərdə səsvermə imkanı verilməsi beynəlxalq hüququn pozulmasıdır.

Səkkizinci çağırış Dövlət Dumasına seçkilər üç gün ərzində – 17, 18 və 19 sentyabrda keçirildi. Bundan əvvəl Krımdakı seçkilər Türkiyə, AB, ABŞ və İngiltərə tərəfindən tanınmamışdı.