Almaniyadakı seçkilərin nəticələri açıqlandı…

25/09/17 8:06

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.

Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) ,  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.

Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.

Almaniya Mərkəzi Seçki Komissiyası sentyabrın 24-də ölkədə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda 25 seçki dairəsinin nəticələri hesablanıb.

İlk yeri səslərin 38%-ni toplayan Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı tutur.

İkinci yerdə Sosial-Demokrat  (19,4%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 11,7%.

Azad Demokratik Partiya 10,3% , Yaşıllar Partiyası 7,3%, Sol Partiya 5,8% səs toplayıb.

Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.

Kamal Əsgər