Almaniyadan PKK-ya dair ağır zərbə..

11/03/17 9:36

Almaniyadan PKK-ya dair ağır zərbə… Bəs qardaş Azərbaycan necə?

FETÖ və PKK terror təşkilatlarına göstərdiyi dəstəklərindən dolayı Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt bir şəkildə tənqid etdiyi Almaniya, PKK-nın Lideri Abdullah Öcalanın fotoları və terror təşkilatının simvollarını qadağan edib. Spiegel Online saytı, qadağan Federal Daxili İşlər Nazirliyinin 2 Mart tarixində təhlükəsizlik qüvvələrinə və əyalətlərə göndərdiyi beş səhifəlik yazıda yer aldığını yazdı. Xəbərə görə, Daxili İşlər Nazirliyi tərəfindən göndərilən yazıda, sarı-yaşıl fonn üzərindəki Öcalanın fotoşəkillərinin Almaniyada qadağan olan terror təşkilatına dəstəyi artırmaq niyyəti daşıya biləcəyindən, bu qərarla yasaqlı simvol və loqo siyahıları barədə məlumatlar yer alıb. Buna görə, Öcalanın portreti daxil, PKK-nın istifadə etdiyi 33 simvola qadağa gətirilib. Yasaqlı simvollar arasında YPGNİN bəzi simvolları var. PKK Almaniyada 22 Noyabr 1993-ci il tarixindən bu yana terror təşkilatı olaraq qəbul edilir.

Transqafqaz.com

Pərvanə Turançı