Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim partiya adından bəyənat verib. Bəyənatda hazırkı şəraitdə partiyanın varlığına lüzum görmədiyini və partiya „üzvlərinin” qərarını əsas gətirərək partiyanın fəaliyyətinə son verdiklərini açıqlayıb. Qərar özlüyündə çox absurd səslənir. Vəkil olan və hüquqla yaxından tanış olan partiya „sədrinin” belə qərarı absurd, partiya nizamnaməsinə zidd və gülüncdür.
Baş verə biləcək addımları əvvəlcədən anlayan Siyasi Şura və MNTK, partiyaya yeni nəfəs vermək niyyəti ilə, partiya „sədrinin” müqavimətinə baxmayaraq səs çoxluğu ilə növbədənkənar Qurultaya getmək barədə qərar qəbul edib. Bunun üçün yaradılan Təşkilat Komitəsinə sədrin birinci müavini Eldar Tagiyev rəhbərlik edir.
Nəzərinizə çatdıraq ki, partiya nizamnaməsinin 11.1 bəndinə əsasən pariyanın fəaliyyətinə Qurultay, yaxud məhkəmə qərarı ilə son qoymaq olar.
Məmmədli Ömər.