“Haqqın.az” saytına İran İslam Respublikasının Prezidentinin Müşaviri Əli Əsgər Soltaniye maraqlı müsahibə verib. Bildirib ki, “Bu ilin aprel döyüşləri zamanı İran İslam Respublikasının hadisələrə müdaxiləsi və Ermənistanla yaxşı əlaqəyə malik olması Azərbaycanı məğlubiyyətdən qurtardı”. Güya Tehran ilə Yerevan arasında münasibətlərin normal olması Bakının maraqlarına uyğundur. Yəni Müşavir açıq şəkildə bildirmişdir ki, 90 – cı illərəd olduğu kimi Ermənilər öz havadarlarına arxalanıb sizi daha ağır hərbi məğlubiyyətlərə düçar edərlər. Biz bunu istəmirik deyə və İrəvanla yaxşı münasibətlər saxladığımızdan yana siz ciddi məğlubiyyətlərdn qaça bilmisiniz. Bizim İrəvanla yaxşı münasibətlərimiz həm də sizin maraqlarada xidmət edir.
Əslində Ağaye müşavir bu fikirləri ilə nə dəmək istəyib? Bəlkə bizim düşüncəmizi,nəbzimizi yoxlamaq istəyib? Bu məsələyə tarixçi politoloq, Millətçi Demokrat Partiyasının Təşkilat Komitəsinin Sədri Qələndər Muxtarlının münasibətini təqdim edirik.
- Əvvala İran dövləti Azərbaycan tərəfinin Qarabağ savaşında məğlub olmasında maraqlı olubdur. Bu savaş müddətində açıq-aydın öz etniq qardaşları olan Ermənilərin yanında olub və onları dardan, iqtisadi sıxıntıdan daima qurtarıblar. Araz Çayı üzərində inşa edilər SES-lər, Ermənistana qaz, işıq və yanacaq vermələrini biz yaxşı bilirik.
- Rusiyanın Transqafqaz və Yaxın–Orta Şərq siyasətində maraqları nədirsə İranın da maraqları Rusiyanı müdafiə etməkdir və buna uyğundu.
- İran Əli Əsgər Soltaniyenin dili ilə demək istəyib ki, “ Azərbaycan siz bu savaşda məğlubsunuz”. Rusiya ilə biz sizə imkan vermərik ki, doğma bildiyiniz o torpaqlar geri qaytarasınız və bunun üçün Rusiya qədər bizdə Ermənistana nə gərəkir etmişik.
-Hətta İran dövləti Dağlıq Qarabağda ermənilərin müdafiəsi üçün hərbi müdafiə istehkamlarının tikintisini öz üzərinə götürmüşlər. İranda hazırlanmış həmin müdafiə qurğuları illər uznu İran TİR-ləri ilə daşınıb Azərbaycan ordusunun Aprel döyüşlərində keçə bilmədiyi səngərləri qurmuşlar. Beton və dəmirdən hazırlanmış müdafiə istehkamları İranda, İran Hərbi Müdafiə Sənayesi üzrə mütəxəsisləri tərəfindən qurulmuşdur. Bax əslində İran Prezidentinin Müşaviri Əli Əsgər Soltaniye bunlar barədə bir şey bilib-bilməməyimizi öyrənmək istəyib.
Transqafqaz.com