ARZU GÖYTÜRK – Ay Şeyxülislam.

28/09/21 2:47

Şarlatansan, demə dindar özünə ,
Yığdığın pulları doldur gözünə ,
Fars ağan lap tüpürsə də üzünə ,
Gözünü döyərsən ,baxarsan xam-xam.
Əmmamən boş qalsın ay Şeyxülislam.

Nəzir qutusunda yaxşı alver var,
Bilinmir maklersən yoxsa ki dindar.
Şeytansan, iblissən, ya da ki cindar ,
Yüz yerə bölünüb sayəndə islam .
Əmmamən boş qalsın ay Şeyxülislam.

Soxma gözümüzə imanı ,dini ,
Ziyarət etdinmi şəhid ,qazini ?
Get farsla məsciddə qıl namazını ,
Əyil ,dur ,sərsləmlə bir -iki kəlam .
Əmmamən boş qalsın ay Şeyxülislam.

Bu millətin varın talayan ölsün ,
Neftdən gələn puldan yarıyan ölsün,
Səni başımıza calayan ölsün,
Sən də öl , ömrünə verilsin xitam.
Əmmamən boş qalsın ay Şeyxülislam.

ARZU GÖYTÜRK.