🇦🇿🇹🇷 Kanada qardaş ölkə Azərbaycanı dəstəklədiyimiz üçün embarqo qoyub – Haluk Bayraktar
Baykar Müdafiə CEO-su Haluk Bayraktar pilotsuz hava sistemləri sahəsində yeni əməkdaşlıq elan etdi.
Onun sözlərinə görə, indi Türkiyə zərbə PUA-larında Aselsan tərəfindən hazırlanmış milli elektro-optik kəşfiyyat, müşahidə və istiqamətləndirmə sistemi CATS-dən istifadə olunacaq.
BAYKAR və ASELSAN arasında əməkdaşlıq çərçivəsində 17.550.000 ABŞ dolları dəyərində elektro-optik sistemin təchizatına dair müqavilə imzalanıb. Çatdırılmalar 2023-2024-cü illərdə həyata keçiriləcək.
Bundan əvvəl, Türkiyə hökuməti TAI Anka kimi tanınan hərbi pilotsuz təyyarə üçün, elektron kəşfiyyat sistemləri və elektron dəstəyi Kanadadan idxal edib. Bundan sonra Kanada Azərbaycanla Ermənistan arasındakı münaqişədə Kanada texnologiyalarından istifadə edildiyinə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
“Kanada ona görə embarqo qoyub ki, biz Qarabağın işğaldan azad edilməsi üçün mübarizə aparan qardaş ölkəmiz Azərbaycanı dəstəkləyirik. Buna baxmayaraq, əl-ələ verib bütün çətinliklərin öhdəsindən birlikdə gəlirik”, – deyə Haluk Bayraktar bildirib.
Hökumətin sanksiyaları nəticəsində şirkət daha gəlir əldə edə bilməyib. Kanada şirkəti 2020-ci ili 360.000 dollar xalis zərərlə başa vurdu və iyulun 31-də əməliyyatları bağlamazdan əvvəl, 2021-ci ildə 1.1 milyon dollarlıq zərər etdiklərini açıqladı.
🔼 Türkiyənin Aselsan CATS yüksək dəqiqlikli kameraları hazırda 12 fərqli ölkəyə ixrac olunur.