ATƏT PA NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA

12/11/23 11:05

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycana gəlib.

Prezident Pia Kauma, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen və təşkilatın baş katibi Roberto Montella Bakı ilə PA arasında ikitərəfli əməkdaşlıq məsələlərinin və regiondakı mövcud vəziyyətin müzakirə olunacağı görüşlər keçirmək üçün Bakıya gəliblər.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir