ATƏT rəhbəri Ermənistan və Azərbaycanı “sərhəddə eskalasiyaya son qoymağa” çağırıb

16/11/21 10:09

16 noyabr 2021-ci il      saat 21:16

TASS xəbər verir ki, çərşənbə axşamı ATƏT sədri və İsveçin Xarici İşlər Naziri Ann Linde Ermənistan və Azərbaycanı “eskalasiyanı dayandırmağa və həll olunmamış problemlərin həlli üçün addımlar atmağa” çağırıb.

“Mən [ATƏT] Minsk Qrupunun həmsədrlərinin regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən insidentlər barədə məlumatlarla bağlı dərin narahatlığını bölüşürəm. Mən onların səylərinə tam dəstəyimi bildirirəm və tərəfləri eskalasiyaya dərhal son qoymağa və həll olunmamış problemlərin həlli üçün addımlar atmağa çağırıram”, o, Twitter-də yazıb.

Transqafqaz.com