Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında daha bir razılıq əldə edilib.
Bu barədə Avropa İttifaqının bəyanatında bildirilib.
“Telefon danışıqları zamanı (Avropa Şurasının rəhbəri Şarl Mişellə – red.) Ermənistan və Azərbaycan liderləri, həmçinin müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılaşdıqları haqda Aİ məlumat yaymışdı.
Transqafqaz.com