Avropa Parlamentinin internet saytı xəbər verir ki, Avropa Parlamenti sentyabrın 16 -da keçirilən iclasda Avropa Birliyinin Rusiya ilə münasibətlərinə dair qətnamə qəbul edib.
Qətnamə 494 lehinə səslə qəbul edildi. 103 deputat əleyhinə səs verib, 72 nəfər bitərəf qalıb.
“Parlament hesab edir ki, AB təcavüzkar siyasətlə mübarizə aparmalı və gələcək demokratik Rusiya ilə əməkdaşlığın əsasını qoymalıdır. Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlərin vəziyyətini qiymətləndirərkən Avropa Parlamenti, Rusiya xalqı ilə Prezident Vladimir Putinin rejimi arasında fərq qoyulduğunu açıq şəkildə göstərdi. Parlamentə görə, Putinin hakimiyyəti “oliqarxların əhatəsində bir ömürlük prezidentin rəhbərlik etdiyi durğun bir avtoritar kleptokratiyadır” deye relizdə qeyd olunub.
Avropa Parlamentinin saytında dərc olunan qətnamədə Avropa Şurasına, Avropa Komissiyasına və Avropa diplomatiyasının rəhbəri Josep Borrellə AB üzv ölkələri ilə birlikdə Rusiya ilə bağlı siyasətlərinə yenidən baxılması tövsiyə olunur.
Sənəddə qeyd olunub: “AB, Rusiya səlahiyyətlilərini daha aqressiv davranışlardan çəkindirmək üçün öz təsir imkanlarından istifadə etməli və Rusiyanı SWIFT ödəmə sistemindən çıxarmağa çağırmalıdır. Putinin çinayətkar Rusiya hakimiyyəti qaldıqca Rusiyadan neft və qaz idxalını tədricən dayandırmağa hazır olmalıdır. Rusiya hakimiyyətinin AB ölkələrinə və qonşuluqda Şərq Tərəfdaşlığı ölkələrinə qarşı təhdidləri, aqressiv hərəkətləri təhlükəsi aktual olduğu müddətdə sanksiyalar davamlı olmalıdır”.
Qətnamədə AB-nin Rusiyanın təcavüzü ilə əlaqədar olaraq Şərq Tərəfdaşlığı ölkələrinə, xüsusilə Ukrayna, Moldova və Gürcüstana dəstək verməli olduğu vurğulanır. Avropa Parlamentinin deputatları Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb ediblər.
Qətnamədə deyilir: “Əlavə olaraq, AB Rusiyadan çirkli pul axınlarını ifşa etmək və qarşısını almaq, AB məkanında rus rejiminin və korrupsioner oliqarxların gizli əlaqələrini və maliyyə aktivlərini ortaya çıxarmaq potensialını artırmalıdır”.
Həmçinin, “Şimal axını 2” qaz kəmərinin inşasının Avropa həmrəyliyinə zidd olduğu, AB-nin Rusiya qazından asılılığının artrmasına və Ukraynaya zərər verməsi riski olduğu bildirilir.
“Şimal axını 2”-nin inşası dərhal dayandırılmalı, tikintisi başa çatsa da, mövcud şəraitdə istifadəyə verilməməlidir” sənəddə deyilir.
Vahidov Qurban. Araşdırmaçı – analitik