![](https://transqafqaz.com/wp-content/uploads/2023/08/img_20230803_1619196553606791703456348.jpg)
Konfransda iştirak etmək üçün qitənin hər yerindən yüzlərlə avropalı ravvin Azərbaycanda toplanacaq.
Noyabrın 12-15-də Bakıda Avropa Ravvinləri Konfransının konqresinin keçirilməsi planlaşdırılır və burada prezident Əliyev çıxış edəcək. Bu, müsəlman ölkəsində ilk belə qurultay olacaq.
Avropa Ravvinləri Konfransının prezidenti Qoldşmidt (Yəhudi Xəbər Sindikatı) deyib: “Azərbaycan yəhudi xalqı üçün xüsusi yaddaş yeridir, dünyada ən nadir yəhudi icmalarından biri buradadır”.
Ömər Məmmədli