Azərbaycan Xalq Hərəkatının fəallarını Bandoddelə gətirirlər.
Azərbaycan siaysi hakimiyyətinin repressiya aparatı bu dəfə Azərbaycan Milliyətçi Demokrat Partiyasının fəallarına qarşı işə salınıbdır. Partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, Azərbaycan Xalq Hərəkatının İdarə Heyyətinin üzvü, Qarabağ savaşının veteranı İlyas Abdullayev, Qarabağ Qazisi Yavər Mikayılov 18 may tarixindən həbs edilib və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Vəkili Yavər Hüseynin verdiyi məlumata görə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən bildiriblər ki, belə bir şəxs bu idarədə saxlanmır. İlyas Abdullayevlə yanaşı, Partiyanın Sumqayıt, Qaradağ, Şəki rayon təşkilatlarının üzvüləri də müxtəlif vaxtlarda Polis orqanları tərəfində saxlanılıb. Bu təqiblərin Partiyanın son dövr artan fəallığının nəticəsində baş verməsi heç kimdə şübhə doğurmur. Amma həbs edilənlər vəkildən niyə gizlədilir bu maraq doğurur. Sizcə nə baş verib? Azərbaycan Milliyətçi Demokrat Partiyası İlyas Abdullayev və digər həbs edilənlər barədə hakimiyyətdən aydınlıq tələb edən bəyanat qəbul edib.