Separatçıların lideri Arayik Arutyunyan: “Mən “Artsax Respublikası”nın “hakimiyyəti və xalqı” adından Rusiya Federasiyasının prezidenti Vladimir Putinin “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini tanımaq qərarını alqışlayıram”, dedi.
Onu da qeyd edirik ki, separatçılar təbii ki, prosesin bu cür inkişafından sözsüz ki, sevinirlər və açıq şəkildə presedentdən istifadə etmək üçün məqam gözləyirlər.
Azərbaycan hakimiyyətinin Qarabağın erməni əhalisinin əhəmiyyətli hissəsinin sonda Azərbaycan Respublikasının sıravi vətəndaşlarına çevriləcəyinə ümid etməyi tamamilə əbəs görünür.
Müharibədən bir ildən çox vaxt keçir, lakin Rusiya hərbçilərinin nəzarəti altında olan ərazilərində yaşayan terrorçu-separatşı liderlərin və Ermənistanda olan millətçi qüvvələrin bəyanatları heç bir nikbinlik yaratmır.
Bazar günü, fevralın 20-də Xankəndində “Ermənistana birləşmək” tələbləri açıq şəkildə səsləndirilib. “Кавказский Узел”in məlumatına görə, fevralın 20-də səhər “Dağlıq Qarabağın hakimiyyət nümayəndələri və fəallar “Artsax Hərəkatı”nın 34-cü ildönümü münasibətilə Stepanakertdəki Xatirə Kompleksini ziyarət ediblər”.
Dağlıq Qarabağın “dövlət naziri” Artak Beqlaryan jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, “20 fevral Artsaxın dirçəliş günü və vətənə birləşmənin başlanğıcıdır”.
Beqlaryan: “Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra bu günün əhəmiyyəti düşüncəmizdə daha kəskin ifadə olunur. Son nəticə olaraq “Artsaxın dirçəlişi və Ermənistana birləşməsi” çağırışı bizim məqsədimiz olaraq qalır. Artsaxın müstəqilliyinin beynəlxalq tanınması da daxil olmaqla, aralıq həll yollarını qəbul etmək lazımdır. Amma hamımız dərk etməliyik ki, Artsax vətənsiz mövcud ola bilməz və ya əksinə Artsaxsız vətən olmaz. Yalnız Ermənistanla birləşmədən sonra Artsaxın dirçəlişindən danışmaq olar”, – bildirib.
Dağlıq Qarabağ Milli Assambleyasının vitse-spikeri, .“Vahid Vətən” partiyanın nümayəndəsi Qaqik Baqunts brifinqdə: “Bu gün bizim borcumuz, xüsusən də müharibədən sonra, 1988-ci ildə Artsax Hərəkatının başlanğıcında olan sarsılmaz iradəmizi gündəlik həyatımızda bərpa etmək və ifadə etmək olmalıdır. Biz ərazi bütövlüyümüzün bərpası üçün mümkün olan hər şeyi etməliyik, bütün dünyaya müstəqilliyimiz uğrunda sonadək mübarizə aparmağa hazır olduğumuza dair unikal siqnal verməliyik”, – çıxış etdi.
“Miatsum ideyasından imtina edilməsi bizi faciəyə sürüklədi. Əgər biz azadlıq hərəkatımızın əsas məqsədindən ayrılmasaydıq, birləşmə yolu ilə getsəydik, o zaman fövqəl güclərin oyun kartına çevrilməzdik. Bu gün ermənilər birləşməli və ədalət uğrunda mübarizəni davam etdirməlidirlər və yolumuz nə qədər çətin və yorucu olsa da, bizim geri çəkilməyə haqqımız yoxdur”, – deyə Qarabağ hərəkatının fəallarından biri Aşot Sarkisyan bildirib.
Soruşmaq istəyirsən hara qədər davam edəçək bu həyasızlıq və açıq-aşkar təhdidlər?. Bu adamlar indi Qarabağda hakimiyyətdədirlər, “sülhməramlıların” tam razılığı ilə idarəçilik funksiyalarını yerinə yetirirlər. Və məqsədləri işğalçılığı təşviq etməklə müharibəni yenidən alovlandıqmaq. Aydındır ki, bu terrorçu-separatçılar Qarabağın sadə ermənilərini heç vaxt Azərbaycanın tərkibində dinc yaşamağın mümkünlüyünə imkan verməyəcəklər.
Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü