Azərbaycan ərazisində 6 bal gücündə zəlzələ olub…

16/11/17 8:26

Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə – Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.

 

10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisindəı zəlzələ qeydə alınıb.

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

İlkin məlumat: Zəlzələ nəticəsində tələfat yoxdur – YENİLƏNİB-1

Zəlzələ nəticəsində Tərtərin İsmayılbəyli kəndində Qubadov Qəhrəmana və Elgiz İbrahimova məxsus ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib.

 

Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb.

Transqafqaz.com