Azərbaycan böyük kalibrli pulemyot hazırlayıb

23/11/23 6:58

Azərbaycan yeni, AH-12.7 böyük kalibrli pulemyot hazırlayıb

Pulemyot Bakı Ekspo Mərkəzində Azərbaycanın xüsusi təşəbbüsü ilə BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramı – SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA Sərgisi: Davamlı İnkişaf naminə Regional Əməkdaşlıq” sərgisində təqdim olunub.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 88 adda müdafiə təyinatlı məmulat, o cümlədən müxtəlif növ atıcı silahlar, yaxın döyüş silahları, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir