Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsi beynəlxalq təlimdə iştirak edəcək

Bu gün Türkiyənin Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının iştirak edəcəyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimi başlayıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin iştirakı ilə keçiriləcək təlimlərdə “müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək”.

Noyabrın 25-dək davam edəcək təlimdə bir neçə ölkə iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir