AZƏRBAYCAN İRAN HƏRBİ ƏMƏKDAŞLIĞI

09/09/23 4:04

Müdafiə naziri Zakir Həsənov bu gün Azərbaycan-İran birgə komissiyasının iclasında iştirak etmək üçün Bakıda səfərdə olan general-mayor Məhəmməd Əhədinin başçılıq etdiyi İran nümayəndə heyətini qəbul edib.

Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti, Ermənistanın regionda sabitlik və təhlükəsizliyə təhdid yarada biləcək hərəkətlərindən narahatlığını ifadə edib.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir