Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderliyini qoruyub saxlayır

15/05/17 12:20
Bu günün yekunlarına əsasən Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderlik edir.

Bu gün Azərbaycan idmançıları 14 qızıl, 8 gümüş və 6 bürünc medal qazanıblar.

Cəmi Azərbaycanın aktivində 24 qızıl, 17 gümüş və 9 bürünc medal var. Azərbaycandan sonra növbəti pillədə 20 qızıl, 24 gümüş və 15 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yerdə isə 5 qızıl, 4 gümüş və 12 bürünc medal ilə Özbəkistan qərarlaşıb.

 

Könül Hacıyeva