Azərbaycan Milli Demokrat Partiyası təsisçiləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etdilər.

31/01/24 7:23

Bu gün Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikasının banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 cı ildönümü ilə bağlı tədbirlər keçirilib.

Azərbaycan Milli Demokrat Partiyasının təsisçiləri Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində ucaldılan abidəsini ziyarət ediblər. Tədbirdə partiya təsisçilərinin səlahiyyətli nümayəndələrindən Qələndər Muxtarlı və Əli Mustafayev çıxış edərək, Rəsulzadənin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycana verdiyi siyasi tövhəsindən danışıblar.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir