Azərbaycan Milliyyətçi Demokrat Partiyası Fransa Senatının qəbul etdiyi qərarla bağlı etiraz bəyənatı qəbul edib.qərar

27/11/20 12:00

Bəyənatda deyilir.

Fransa Senatı 25 noyabr 2020- ci il tarixində 305 səslə Dağlıq Qarabağda qondarma qurumu tanımasıyla bağlı siyasi qərar çıxarıb.

Əvvala, Azərbaycan suveren dövlət hüququndan irəli gələn addımlar ataraq öz ərazi bütövlüyünü təmin edib. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışmalı idi. Fransa Senatı isə bu qərarı ilə bütün dünyanın gözü qarşısında münaqişənin həllində obyektiv mövqe tutmadığını, Ermənistanın timsalında terroru, separatizmi dəstəklədiyini, tarixən müsəlman türklərə qarşı nifrət bəslədiyini ortaya qoydu.

Fransa Birinci Dünya müharibəsi illərində tarixi “Sayks-Piko” anlaşması ilə erməniləri qızışdırmaqla Anadoluda və Qafqazlarda milyonlarla günahsız insanların məhv edilməsində rol aldı. Lakin XIX əsrin 70-ci illərinə qədər nə ermənilər, nə də qonşuları Fransa kimi “himayəçilər” olmadığı vaxtlarda nə təqibə nə də bir qırğınlara məruz qalmışdılar. Bölgəmizə bu terroru və qırğınları, zaman-zaman Fransa və “Demokratik Avropa” nın bəzi dövlətləri gətiriblər. Ermənilərin uydurma “soyqırım”ı hadisələri Fransa dövlətinin fitnəkar siyasətindən və siyasi ambisiyalarından qaynaqlanıbdır.

Azərbaycan Milliyyətçi Demokrat Partiyası olaraq Fransa Senatının qəbul etdiyi bu siyasi qərarı qətiyyətlə pisləyirik.

Hesab edirik ki Türkiyə və Azərbaycana qarşı hər zaman səlibçi təfəkkürü ilə yanaşan Fransa Senatının bu qərarı, Türkiyə silahlı qüvvələrinin Azərbaycana gəlməsinə əngəl olmaq üçündür.

Fransa Senatının qəbul etdiyi bu siyasi qərarla Azərbaycan dövlətinin fiziki və maddi məkan əsası olan ərazimiz hədəf alınmışdır. Rusiya və Fransanın Cənubi Qafqazda həyata keçirmək istədikləri siyasətləri ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə ciddi təhdidlər yaradılır.

Azərbaycan dövləti yaranmış geosiyasi və hərbi vəziyyəti nəzərə alaraq Türkiyə dövləti ilə ən yüksək hərbi siyasi ittifaqı təcili olaraq reallaşdırmalı,Türkiyə silahlı qüvvələrini qısa zamanda milli və dövləti təhlükəsizliyimizin qarantı, Cənubi Qafqazda maraqlarımızın təminatçısı kimi Azərbaycanda yerləşməsinə nail olmalıdır.

Transqafqaz.com

Toğrul Lətifoğlu