Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurban Bayramı təbriki

30/07/20 11:59

Əziz Həmvətənlər!

Sizi, dünyanın müxtəlif coğrafiyasında yaşayan bütün soydaşlarımızı, Böyük Türk Millətini, çətin günümüzdə vətənimizdə olub bizimlə eyni amalı, qədəri bölüşən qardaş Türkiyə Cümhuriyyətinin Əsgər və Komandanlarını, islam aləmini, dünya müsəlmanlarının ən şərafətli, mənəvi kamillik və vəhdət rəmzi olan mübarək Qurban Bayramı münasibəti ilə təbrik edirəm.

Allahdan ümid edirəm ki, bu bayram, qardaşlığımızı daha da gücləndirən, ölkəmizə, millətimizə, İslam dünyasına və bütün bəşəriyyətə sağlıq, sülh, əmin-amanlıq, xoşbəxtlik və uğur gətirsin.

Vətənimizin bütün hörmətli insanlarına və yaddaşımızda bir vətən kimi yaşatdığımız yurdlarımızdakı qardaşlarımıza sağlıqlı həyat və xoş bir bayram keçirmələrini səmimi qəlbdən arzu edirəm.

Qurbanımız qoyun, qazancımız  xoş gələcək və bütövləşən VƏTƏN olsun!

Hörmətlə:  Azərbaycan Milliyyətçi Demokrat Partiyasının TK –nin Sədri Qələndər Muxtarlı

30.072020-ci il