Azərbaycan Müdafiə Nazirliyi, Rusiya Müdafiə Nazirliyinə və Sülhməramlılarına məktub göndərdi

12/09/21 7:54

Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan Respublikası ərazisindən digər ölkələrin nəqliyyat vasitələrinin qanunsuz keçməsi ilə əlaqədar olaraq, Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinə və sülhməramlı qüvvələrin komandanlığına məktub göndərdi.

Bu barədə, Azərbaycan Müdafiə Nazirliyinin məlumat verib.

Məktubda bu cür halların 10 noyabr 2020-ci il tarixli, Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata zidd olduğu və bu cür hadisələrin qarşısının alınması tələbi qoyulur.

Digər ölkələrin hüquqi və fiziki şəxsləri və onların nəqliyyat vasitələri Azərbaycan Respublikasının razılığı olmadan Azərbaycan ərazisinə daxil ola bilməz, belə hallar ölkəmizin qanunvericiliyinin pozulmasıdır.

Transqafqaz.com