Azərbaycan sülhməramlıları əfqan uşaqlarını xilas edir – VİDEO

21/08/21 1:52

Kabildə Beynəlxalq Hava Limanı sektorunu qoruyan azərbaycanlı sülhməramlıların əfqan uşaqlarını xilas etdiyi video yayılıb.

Transqafqaz.com -ın məlumatına görə, videoda çaxnaşma içində olan əfqanların xaotik bir izdihamı, uşaqlarını tikanlı məftillərlə hündür bir hasarın üstündən keçirərək Azərbaycan sülhməramlılarına verirlər. Onlarda, öz növbəsində, uşaqları digər təhlükəsiz tərəfə aparırlar.

Xatırladaq ki, Azərbaycan sülhməramlıları 2002 -ci ildən Əfqanıstanda xidmət edir.

Vahidov Qurban. Araşdırmaçı – analitik