Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub

06/12/23 5:03

🇦🇿🇹🇷 Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

▪️Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə arasımda yüksək səviyyəli hərbi dialoqun XV iclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, ordu generalı İrfan Özsert ilə görüşüb.

▪️Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən bir sıra regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

▪️Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir